KANAL24.AZ
Az Iw En Ru

Astarada avtoqəza: 5 yaralı

Hadisə rayonun Kijəbə  kəndi ərazisində qeydə alınıb. Kənd sakini 1990-cı il təvəllüdlü Bəylər Amil oğlu İbrahimov idarə etdiyi  "VAZ-21011" markalı avtomaşını maneəyə çırpıb.

Nəticədə sürücü də daxil olmaqla, 5 nəfər xəsarət alıb. Onlardan dördü Astara rayon mərkəzi xəstəxanasına, Şuvi kənd sakini 1987-ci il təvəllüdlü Yüsif Mirəli oğlu Məmmədov isə Lənkəran mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəsarət almış üç sərnişinin kimliyi hələlik məlum deyil.


06:59 18.01.2017