KANAL24.AZ
Az Iw En Ru

Robben: "27-28 yaşlı futbolçuların Çinə nə üçün getdiyini başa düşə bilmirəm"

Aryen Robben yanvarın 16-da "Bayern Munich"lə müqaviləsini 2018-ci ilə kimi artırdı.

Goal.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi yüksək səviyyədə daha bir neçə il oynamaq istədiyini bildirib və Çinə yollanan gənc futbolçuları məzəmmət edib.

"Dünyanın ən yaxşı klublarından birində oynayıram. Çinə transferim başqa bir şey olardı. Ora getsəydim, karyeramı bitmiş hesab etmək olardı. Mənsə yüksək səviyyədə oynamağa davam etmək istəyirəm. Çində inanılmaz pullar təklif edirlər. Mənim də bir neçə təklifim vardı. Amma qərar verəndə heç vaxt pula üstünlük verməmişəm. Məhz bu səbəbdən uğurlu karyeram var. Futbol barədə düşünürəm. 27-28 yaşlı futbolçuların Çinə nə üçün getdiyini başa düşə bilmirəm. Karyeranın zirvəsində boş vaxt itkisinə yol verirlər. Futbolçunun cəmi 1 karyerası var".


06:47 18.01.2017