Yanvarın 18-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, təmir işlərinin Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.