KANAL24.AZ
Az Iw En Ru

Daşkəsəndə bıçaqlanma hadisəsi

 Daşkəsən rayonunda iki gənc arasındakı mübahisə bıçaqlanma ilə nəticələnib.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Qara Budaqov mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb. O, döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

TTYX-nin həkim cərrahı Etibar Abbasov bildirib ki, Q.Budaqovun əməliyyatdan sonrakı vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 


20:08 17.01.2017