KANAL24.AZ
Az Iw En Ru

Qiymətli kağızlar bazarında vəziyyət dəyişir:SOCAR dövriyyəyə girdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dollarla buraxdığı istiqrazlar üzrə faizlərin ödənişini həyata keçirib.

Bunu "SOCAR Capital" şirkətinin Müşahidə Şurasının sədri, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

O deyib ki, SOCAR istiqrazlarının buraxılması və təkrar bazarda tədavülü SOCAR-ın maliyyə mənbələrini şaxələndirməklə yanaşı, ölkə vətəndaşlarının vəsaitlərinin daha səmərəli istifadəsinə və Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına ciddi dəstək olub:

"Bu gün həyata keçirilən faiz ödənişi çərçivəsində SOCAR istiqrazlarının sahiblərinə ümumilikdə 1 mln. 250 min dollar həcmində faiz ödənilib. Bu vəsait istiqraz sahiblərinin bank hesablarına artıq köçürülüb və vətəndaşlar bu pulları istədikləri kimi istifadı edə bilərlər".


19:03 17.01.2017