KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı iş adamı terror ittihamı ilə həbs olundu

Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində terrorçuluq ittihamı ilə saxlanılıb.

İş adamının yaxınlarının verdiyi məlumata görə, E. Çemodanovla bağlı Simferopol məhkəməsi 3 aylıq həbs qəti imkan tədbiri seçib.
 
İttihama görə, E. Çemodanov dini radikal qruplaşma ilə əlaqədə olub və terror aktının hazırlanmasında iştirak edib.
 
Əslən Azərbaycanın Xaçmaz rayonundan olan E. Çemodanov 1978-ci ildə Krımda doğulub.
 
O, Krımda sahibkarlıqla məşğul olub.


18:43 17.01.2017
Xəbər lenti
Bütün xəbərlər