KANAL24.AZ
Az Iw En Ru

"Yuve"nin yeni loqosu

İtaliyanın "Yuventus" futbol klubu rəsmi olaraq yeni loqotipini və komandanın vizual tərtibatını təqdim edib.

Klubun rəsmi saytı xəbər verir ki, jurnalistlər üçün qapalı olan tədbir dünən axşam keçirilib və sayt vasitəsi ilə birbaşa yayımlanıb. Yeni loqotip klub prezidenti Canni Anyelli tərəfindən təqdim olunub. O, loqotipin bu ilin iyul ayından istifadə olunacağını bildirib.

"Yeni loqotip bizim mənsubluq hissimizi və bizə seçdiyimiz yol ilə birgə getməyə imkan verən xüsusi üslubumuzu rəmzləşdirir", - deyə prezident qeyd edib.


15:48 17.01.2017