KANAL24.AZ
Az Iw En Ru

Tramp Aİ sədri ilə Avropa Komissiyasının rəhbərini səhv salıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Bild" qəzetinə müsahibəsi zamanı Avropa İttifaqının (Aİ) sədri Donald Tuskla Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkeri səhv salıb.

D.Tramp müsahibəsində belə deyib: "Mən Avropa İttifaqının rəhbəri ilə danışdım". Bu an müxbir dəqiqləşdirmək istəyib: "Cənab Yunkerlə?" Yeni prezident cavabında bildirib: "Bəli. O məni qələbə münasibətilə təbrik etmək üçün zəng etdi".

"Welt" qəzeti isə yazır ki, D.Trampla J.Yunker arasında telefon danışığı olmayıb.


23:48 16.01.2017
Xəbər lenti
Bütün xəbərlər