KANAL24.AZ
Az Iw En Ru

Prezidentin Qətərə səfəri gözlənilir

Bu ilin fevralında Azərbaycan prezidenti İlham Əliyev Qətər Əmirliyinə səfərə gedəcək.
 
Diplomatik mənbələrin yaydığı məlumata görə, səfər çərçivəsində İlham Əliyev Dohada Qətər dövlətinin Əmiri şeyx Tamim bin Hamad Al Sani ilə görüşəcək.
 
Görüşlər zamanı ölkələr arasında iqtisadi əlaqələrin, xüsusilə ticarət, sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir ətraflı mübadiləsinin aparılacağı nəzərdə tutulur.

22:17 16.01.2017
Xəbər lenti
Bütün xəbərlər