KANAL24.AZ
Az Iw En Ru

İranlı nazir ölkəmizdə səfərdədir

 İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiini Azərbaycana səfərə gəlib.

Bu gün iranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

 


18:56 16.01.2017
Xəbər lenti
Bütün xəbərlər