KANAL24.AZ
Az Iw En Ru

Şair və incəsənət xadimi Camal Yusifzadə vəfat edib

Şair, dramaturq, jurnalist Camal Yusifzadə bu gün dünyasını dəyişib.

Ürək çatışmazlığından vəfat etmiş mərhum ayın 17-də doğulduğu Lənkəran şəhərində dəfn olunacaq. 

Camal Yusifzadə 1941-ci ildə Lənkəran şəhərində doğulub. 1965-ci ildə ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib. 

Azərbaycan Sovet Ensiklopediyasında, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında, Televiziya və Radio Verilişləri Şirkətinin ədəbi dram verilişləri baş redaksiyasında çalışıb.

1998-ci ildən Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru vəzifəsində işləmiş Camal Yusifzadənin ölkə teatrları səhnələrində pyesləri tamaşaya qoyulub.

Allah rəhmət eləsin!


17:49 16.01.2017
Xəbər lenti
Bütün xəbərlər