KANAL24.AZ
Az Iw En Ru

"Qəbələ" Türkiyə klubunu darmadağın etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası qonşu ölkədə 3-cü yoxlama oyununu keçirib.

Klubun rəsmi saytının yaydığı xəbərə görə, "Qırmızı-qaralar"ın təlim-məşq toplanışındakı son rəqibi yerli "Kunduspor" olub.

"Qəbələ" matça aşağıdakı "11-lik"lə başlayıb: Elməddin Sultanov, Tural Əjdərli, Faiq Hacıyev, Osman Soltanov, Güləli Mehrəliyev, İlkin Abdullayev, Vüsal Mustafayev, Tunar Mütəllimov, Məhəmməd Abbaslı, Rüstəm Nuruyev, Kamran Quliyev.

Qarşılaşma "Qəbələ"nin aşkar üstünlüyü ilə keçib. U-19 Türkiyə komandasının qapısından 5 cavabsız qol keçirib. Bu qollardan ikisinə Faiq Hacıyev imza atıb. Rüstəm Nuruyev, Kamran Quliyev və Məhəmməd Abbaslı isə hərəyə 1 dəfə fərqləniblər.

Yanvarın 8-dən Antalyada toplanışda olan "Qəbələ" hazırlıqlarını bu oyunla yekunlaşdırıb. Təmsilçimiz bunadək keçirdiyi ilk iki oyunda "Qartalspor"a 3:1 hesabı ilə qalib gəlib və "Antalyaspor"a 1:2 hesabı ilə uduzmuşdu


18:11 15.01.2017
Xəbər lenti
Bütün xəbərlər