KANAL24.AZ
Az Iw En Ru

Niko Kanalesin yeni klubu müəyyənləşdi

"Neftçi"nin keçmiş hücumçusu Nikolas Kanalesin yeni klubu müəyyənləşib.

27 yaşlı hücumçu Çilinin Primera Divizionunda çıxış edən "Deportes Temuko" ilə müqavilə bağlayıb.

Çilili hücumçu ilə anlaşmanın müddəti açıqlanmır.

Qeyd edək ki, N.Kanales "Neftçi"də ilk dəfə 2012-ci ilin iyunundan 2013-cü ilin yayınadək çıxış edib. O, həmin müddətdə 31 oyuna 26 qol vurub. Kanalesin komandaya dönüşü 2014-cü ilin avqustunda baş verib. Birillik müqaviləyə imza atan təcrübəli forvard 28 matçda 11 dəfə fərqlənib. Nəhayət, 2016-cı ilin fevralında Kanales yenidən "Neftçi"yə qayıtsa da, bu dəfə 6 ay ərzində cəmi 7 matçda iştirak edib və 1 qolla kifayətlənib.


06:49 15.01.2017