KANAL24.AZ
Az Iw En Ru

Yığmamız Portuqaliyaya məğlub oldu

Azərbaycanın qadınlardan ibarət U-18 millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci matçına çıxıb.

"E" qrupunda rəqib Portuqaliya komandası olub.

Rumıniyanın Ploieşti şəhərinin "Olimpiya" idman mərkəzində keçirilən görüş Portuqaliya komandasının qələbəsilə yekunlaşıb - 3:0 (25:13, 25:7, 25:12). Millimiz ilk və sonuncu setlərdə rəqib komandaya müqavimət göstərsə də, ikinci set Portuqaliya komandasının tam üstünlüyü şəraitində keçib.

Hazırda "E" qrupuna 5 xalla Rusiya komandası başçılıq edir. 2-ci yeri 4 xalla meydan sahibləri Rumıniya, 3-cü pilləni isə 3 xalla Portuqaliya yığması tutur. Azərbaycan millisi qrupda sonuncu yerdə qərarlaşıb. Millimizin aktivində xal yoxdur.

Azərbaycan yığması növbəti oyununu sabah Bakı vaxt ilə saat 19:30-da meydan sahibləri Rumıniya komandasına qarşı keçirəcək. Qrupun digər oyununda isə Rusiya millisi Portuqaliya ilə qarşılaşacaq.


06:47 15.01.2017
Xəbər lenti
Bütün xəbərlər