KANAL24.AZ
Az Iw En Ru

"Barcelona" Messini tərifləməyən klub direktorunu işdən qovdu

"Barcelona" klubunun rəhbərliyi komandanın İspaniya Kral Futbol Federasiyası ilə əməkdaşlığa cavabdeh olan klub direktoru Pere Qratakosu argentinalı hücumçu Lionel Messi haqqında dediklərinə görə işdən çıxarıb.

Goal.az xəbər verir ki, klubun saytında yerləşdirilən məlumatda Qratakosun klubun mövqeyi ilə üst-üstə düşməyən fikri aşkarcasına ifadə etdiyi üçün vəzifəsindən kənarlaşdırıldığı, klubun akademiyasında (Masia 360) işini davam etdirəcəyi qeyd olunub.

Yanvarın 11-də İspaniya Kuboku çərçivəsində "Athletik Bilbao" ilə keçirilən və Messinin bir qol ilə fərqləndiyi matçdan (3:1) sonra Qratakos bildirib ki, "Barcelona" növbəti mərhələyə təkcə argentinalının sayəsində keçməyib, qələbə bütün komandanın zəhməti hesabına mümkün olub, komanda yoldaşları olmadan o belə yaxşı futbolçu ola bilməzdi".


05:05 15.01.2017