KANAL24.AZ
Az Iw En Ru

"İmkansızlıq ucbatından xəstəxanada yata bilmirəm"

Mikro infarkt keçirən müğənni Nurlan Əzizbəyli səhhətindən danışıb.

Ifaçı "Xəzər maqazin"ə açıqlamasında deyib ki, səhhətindəki problem son illər yaşadığı uğursuzluqla əlaqədardır:

"Dekabırn 28-dən halım pisləşdi, belə oldum. Hamısı əsəbdən, stresdən oldu. Ev şəraitində müalicə alıram. Əslində xəstəxanaya yatmalıyam, amma maddi imkan baxımından alınmadı. Atamı itirdim, onun yoxluğu mənə təsir etdi. Bütün qayğı mənim üstümdədir. Gündəmdə olmamaq da bir yandan narahat edirdi. Hər şey üst-üstə yığıldı, nəticədə belə oldum. Bu cür şeylərlə gündəmə gəlmək istəmirəm. Amma qismət belə oldu"


04:11 15.01.2017