KANAL24.AZ
Az Iw En Ru

“Qətl edilmiş uşaqlar”-ın təqdimatı olacaq

 Yanvarın 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AYB-nin “Bayatı kitab” mağazası və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə gənc müəlliflər - İlkin Şükürbəyli və Nəsimi Faiqoğlunun “Qətl edilmiş uşaqlar” kitabının təqdimatı keçiriləcək.

AYB-nin mətbuat xidmətindən  bildirilib ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq reallaşdırılacaq.

Elm, ədəbiyyat, incəsənət xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirak edəcəkləri tədbirdə düşmən gülləsinə tuş gələn uşaqların acı taleyindən söhbət açılacaq.


23:30 14.01.2017