KANAL24.AZ
Az Iw En Ru

14 kluba transfer qadağası qoyuldu

Argentina Futbol Assosiasiyası yüksək liqada çıxış edən 14 kluba transfer qadağası qoyub.

Məlumata görə, bu barədə dünən qərar qəbul olunub.

Klublar assosiasiyaya olan borclarına görə cəzalanıb. Ümumilikdə siyahıda 16 klubun adı yer alıb. Qurumdan bildirilib ki, digər iki kluba borclarını ödəmək üçün vaxt verilib.

Cəzaya məruz qalanlar "İndependyente", "San Lorenso", "Arsenal", "Urakan", "Estudiantes", "Himnasiya və Esgrima", "Lanus", "Nyuells Old Boyz", "San-Martin", "Kilmes", "Veles Sarsfild", "Olimpi", "Banfild" və "Kolon" klublarıdır.

Xatırladaq ki, Argentina Premyer Divizionunda 30 komanda çıxış edir.


06:06 14.01.2017
Xəbər lenti
Bütün xəbərlər