KANAL24.AZ
Az Iw En Ru

Prezident İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.C.Əhmədzadənin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Sərəncamda deyilir. 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Mübariz Cuma oğlu Əhmədzadə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".

Milli.Az bildirir ki, Mübariz Əhmədzadə Qax rayonunun icra başçısıdır. O, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşıdır. 


01:52 14.01.2017