KANAL24.AZ
Az Iw En Ru

Tam üzən məzənnə siyasətinə keçid qara bazarın ləğvinə gətirib çıxaracaq

"Azərbaycanda tam üzən məzənnə siyasətinə keçmək üçün müəyyən qədər vaxt lazımdır".

Bunu açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

Deputatın sözlərinə görə, birdən-birə üzən məzənnə siyasətinə keçid çox ciddi problemlər yarada bilər: "Bu addımla dollar kəskin bahalaşa bilər. Burada idxal, ixrac, ticarət dövriyyəsi və neftin qiyməti məsələləri var. Bütün bunları nəzərə almaq lazımdır. Hesab edirəm ki, Mərkəzi Bank yavaş-yavaş üzən məzənnə siyasətinə keçəcək. Liberal proses gerçəkləşdiriləcək. Bu da, yəqin ki, bir müddət çəkəcək. Üzən məzənnə siyasətinə keçid tədricən qara bazarın ləğv edilməsinə gətirib çıxaracaq. Artıq tələb və təklif bazarda müəyyən olunsa, manat öz həqiqi dəyərini maliyyə bazarında alsa, qara bazara ehtiyac qalmayacaq. Banklar artıq vəsaiti özləri satacaq. Mərkəzi Bank 4 faizlik marjanı götürdü. 4 faizlik marja ona görə ləğv edildi ki, qara bazar tədricən ləğv edilsin".

 


00:38 14.01.2017