KANAL24.AZ
Az Iw En Ru

Allah bu insanı niyə belə əziz tutur?

Bu, elə peyğəmbərdir ki, hesabı başqa peyğəmbələrdən ayrıdır. Onun yeri Allah yanında xüsusidir. O zaman ki, ağır zamanlar keçirirdi, Allah Özü ona ürək-dirək verirdi, ona görə gecə və gündüzə and içirdi ki, heç bir zaman tək qoymayacaqdır. "And olsun günəşin doğmasına və aydın gündüzə. And olsun sakitləşməkdə və (hər yeri) bürüməkdə olan gecəyə ki, (Ya Muhəmməd), Rəbbin səni tərk etməmiş və (sənə) acığı tutmayıb". ("Zuha" 1-3).

ona deyirdi ki, sənə o qədər əta edəcəyəm ki, razı olacaqsan.
"Həqiqətən, Rəbbin tezliklə sənə (o qədər) əta edər ki, (Ondan) razı qalarsan". ("Zuha" 5).
Əxlaqına heyrana olaraq, buyurardı: "Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən". ("Qələm" 4).
Hətta onun canına belə and içərdi... "Sənin canına and olsun ki, onlar öz (küfr, günah və şəhvət) məstliklərində çaşqın və sərgərdan idilər". ("Hicr" 72).
Bəzən onunla rəmzlərlə danışardı. İndiyə qədər həmin rəmzlər ancaq Allah və Həzrət Muhəmməd (s) arasında olmuşdur. Əlif, lam, mim kimi. (Tebyan)
Ondan nigaran olanda buyurardı: "(Ya Peyğəmbər!) Bəlkə sən onlar iman gətirməyəcəklər deyə, özünü həlak etmək istəyirsən?!". ("Şuəra" 3).
Onun qəmini çəkər və buyurardı: "Biz Qur'anı sənə (onun icrası yolunda, yaxud onun qəbul edilməməsindən təəssüflənməklə, yaxud da ağır ibadətlər etməklə) zəhmət və əziyyətə düşməyin üçün nazil etmədik". ("Taha" 2).
Möminlərin yanında onu tərifləyərdi ki, qədrini bilsinlər. "Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır". ("Tövbə" 128).
Çünki, o təkcə Peyğəmbər (s) deyildi, həm də Allahın həbibi idi.
Bütün bu naz çəkmələr o zaman baş verir ki, məhbub öz həbibini görmək istəyər.


07:00 13.01.2017