KANAL24.AZ
Az Iw En Ru

Afaq Bəşirqızı Sumqayıt Teatrında

Marsel Berkye Marinyenin “Oğru” əsəri ilə 48-ci mövsümün ilk premyerasını təqdim edən Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşalar hazırlamağa davam edir.

Sumqayıt Dövlət Dram Teatrından  bildirilir ki, teatrın yeni layihəsinə əsasən Xalq artisti Afaq Bəşirqızı teatra dəvət olunub. O, baş rejissor Firudin Məhərrəmovun quruluş verəcəyi (İsi Məlikzadə, Süleyman Ələsgərov) “Subaylarınızdan görəsiniz” komediyasında rol alacaq. 

Bildirək ki, klassik və müasir yazarların əsərlərində maraqlı obrazlar canlandıran Afaq Bəşirqızı 1975-1989-cu illərdə bu teatrda fəaliyyət göstərərək teatr həvəskarlarının rəğbətini qazanıb. 


02:17 13.01.2017