KANAL24.AZ
Az Iw En Ru

Elmar Məmmədyarov həmkarına başsağlığı verdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed əl-Nahayana bu ölkənin 5 diplomatının Əfqanıstanın Qəndəhar şəhərində terror hücumu zamanı öldürülməsi ilə əlaqədar başsağlığı verib.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən verilən məlumata görə, E.Məmmədyarovun məktubunda diplomatların ölüm xəbərinin onu kədərləndirdiyi qeyd olunub.

"Azərbaycan terrordan zərər çəkmiş ölkə kimi, bütün forma və təzahürlərdə terror aktlarını pisləyir. Sizə, həlak olanların ailələrinə və yaxınlarına, eləcə də qardaş Birləşmiş Ərəb Əmirlikləri xalqına başsağlığı verirəm", - məktubda deyilir.

Xatırladaq ki, bu il yanvarın 10-da Qəndəharda hotellərdən birinin yaxınlığında baş vermiş partlayış nəticəsində 11 nəfər həlak olub. Onlar arasında vilayət qubernatoru ilə görüşdə iştirak edən 5 BƏƏ diplomatı da olub. Hadisə ilə əlaqədar BƏƏ-də üçgünlük matəm elan olunub.(report)


01:37 13.01.2017