KANAL24 ONLINE TV
Az Iw En Ru

ABŞ-la Çin arasında nə baş verir? "Barmaq silkələmək olmaz!"-Lu Kan

Çin istənilən formada kiberhücumların əleyhinədir və digər ölkələri, o cümlədən ABŞ-ı "bir-birinə barmaq silkələməyə" deyil, əməkdaşlığa çağırır.

RİA Novosti-nin verdiyi məlumata görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan deyib.

L.Kan bildirib ki, Çin digər ölkələrlə kiber məkanın müdafiəsi sahəsində əməkdaşlığa sadiqdir.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp mətbuat konfransında Çin və Rusiyanı Birləşmiş Ştatlara qarşı kiberhücumlarda ittiham edən ABŞ xüsusi xidmət orqanları ilə razılaşdığını bildirib.


14:57 12.01.2017