KANAL24 ONLINE TV
Az Iw En Ru

Spirtli içki daha 3 can aldı

Rusiyanın Sankt-Peterburq şəhərində 3 nəfərin spirtli içkidən zəhərlənməsi ilə bağlı cinayət işi açılıb.

Sankt-Peterburqda yaşayış olmayan binada iki kişi və bir qadının meyiti aşkar olunub. Aparılan istintaq nəticəsində onların spirtli içkidən zəhərləndiyi məlum olub.

Daha öncə Rusiya KİV-lərində həmin şəxslərin şüşə təmizləyici maddə içərək zəhərləndiyini barədə məlumat verilmişdi.

Xatıraladaq ki, ötən ilin sonunda İrkutsk keyfiyyətsiz spirtli içkidən 76 nəfər həyatını itirmişdi


14:52 12.01.2017