KANAL24.AZ
Az Iw En Ru

Direktor olmaq istəyənlərə İMKAN

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti iki elmi müəssisəsində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edib.

AMEA-dan verilən məlumata görə, seçkilər nəticəsində Humanitar Elmlər Bölməsi üzrə Folklor İnstitutu və İctimai Elmlər Bölməsi üzrə İqtisadiyyat İnstitutuna yeni direktorlar təyin olunacaq.

AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsinə dair sənədləri (2 nüsxədə) elan dərc edildiyi gündən 1 (bir) ay müddətində AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir.(publika.az)


20:25 12.01.2017