KANAL24 ONLINE TV
Az Iw En Ru

"Çelsi"nin növbəti hədəfi Türkyədədir

"Çelsi"nin növbəti transfer hədəfi müəyyənləşib. 

London klubu "Fənərbağça"nın müdafiəçisi Simon Kyaeri heyətinə qatmaq istəyir. 

Danimarkalı futbolçu üçün "Çelsi" 18 milyon avro ödəməyə hazırdı. Hələlik "Fənər"in bu təklifi necə dəyərləndirəcəyi bilinmir. 

Qeyd edək ki, İstanbul klubunda ikinci mövsümünü keçirən Kyaer Türkiyə Superliqasında meydana çıxdığı 42 oyunda 3 qol vurub.


09:55 12.01.2017