KANAL24.AZ
Az Iw En Ru

Məmməd Əliyev - Gələcəyə hesablanmış təhsil siyasəti FOTOLAR

Məmməd Əliyev, Bakı şəhər prokurorluğunun şöbə prokuroru,

ədliyyə müşaviri, Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Hər dəfə Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinə nəzər salarkən ulu öndər Heydər Əliyevin onun haqqında çox böyük uzaqgörənliklə söylədiyi sözlər yada düşiir: "İlham Əliyev yüksək intellektli, praqmatik düsüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələlərı, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
 
Qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, iqtisadi tərəqqi və müasirləşmə, demokratik inkişaf, hər bir vətəndaşa sosial qayğı, ədalətli cəmiyyət İlham Əliyevin fəaliyyətinin təməl prinsipləridir. Heydər Əliyev ənənələrinə sadiq qalaraq fəaliyyətində demokratik dəyərlərə söykənən möhtərəm Prezidentimiz qısa zaman kəsiyində Azərbaycanı təkcə regionda deyil, bütövlükdə dünyada sayılıb-seçilən dövlətə çevirdi, ona yeni nəfəs verdi. Keçən illər ərzində yüz minlərlə yeni iş yerinin açılması, əlverişli biznes mühitinin yaradılması, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun minimuma endirilməsi və yaşayış səviyyəsinin yüksəldilməsi, elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına dövlət qayğısının gücləndirilməsi, indiki qloballaşma şəraitində dilimizin, dinimizin, adət-ənənələrimizin, bütövlükdə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, gənclərin sağlam və hərtərəfli inkişafı üçün münbit şəraitin yaradılması, balanslaşdırılmış xarici siyasət kursu, hərbi qüdrətin artırılması, ölkəmizin ərazi bütövlüyünün bərpasından ötrü bütün imkanların səfərbər olunması ilə bağlı görülən işlər, o sıradan tarixi Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin həyata vəsiqə alması, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisinə start verilməsi dövlət başçısının fəaliyyətinin ana xəttini təşkil etmişdir. Dünyanın dərin iqtisadi böhranla üz-üzə dayandığı indiki şəraitdə Azərbaycanda ümumi daxili məhsulun artımı məhz görülən işlərin, çəkilən zəhmətin, ölçülüb-biçilmiş, düzgün iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirilməlidir. İndi Azərbaycan inkişafın elə bir mərhələsinə qədəm qoymuşdur ki, qarşılaşdığı bütün problemlərin öhdəsindən öz gücü hesabına gəlmək iqtidarındadır. Təsadüfi deyil ki, Avropa məkanına inteqrasiya olunan Azərbaycan hazırda onun enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməkdədir. Bu gün sözün əsl mənasında, Azərbaycan dünyaya yenidən təqdim olunur.
Bu illər ərzində iqtisadiyyatın dinamik inkişafı təhsilin modernləşməsi üçün də əlverişli şərait yaratmış, təhsil sistemində irimiqyaslı islahatlar prosesi dönməz xarakter almışdır. Hazırda Azərbaycan təhsili maddi-texniki bazanın gücləndirilməsi baxımından özünün yeni inkişaf dövrünə qədəm qoymuşdur. "İqtisadiyyatda, mədəniyyətdə, elmdə, həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlərin başında duran, onun əsasını təşkil edən, kökü olan məktəbdir, təhsildir, müəllimdir", - deyən ulu öndər Azərbaycanın gələcəyinin təhsilin vəziyyətindən çox asılı olduğunu dönə-dönə vurğulamışdır.
İnformasiya əsri olan XXI yüzillikdə inteqrasiya və qloballaşma kimi ümumbəşəri prosesin fəal iştirakçısı olmağın yolu elmdən və təhsildən keçir ki, onun da konturları, bu sahə ilə bağlı strateji hədəfləri möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dəqiqliklə müəyyənləşdirilmişdir: "Biz elə etməliyik ki, Azərbaycanda yetişən gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin gələcəyini məhz bilik, savad təmin edəcəkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, onların inkişafı təbii sərvətlərin hesabına deyil, bilik, savad, elmi-texniki tərəqqi hesabına mümkün olmuşdur. Biz də bu yolla getməliyik və gedirik".
Şübhəsiz ki, keçən dövr ərzində təkcə təhsillə bağlı on altı dövlət proqramının təsdiq edilməsi, onlarca fərman və sərəncamın imzalanması intellekt sahəsinə olan diqqət və qayğının təzahürüdür.
Təsdiq edilmiş proqramlardan bir neçəsi üzərində ayrıca dayanmaq, onların təhsilimiz, ümumən xalqımız üçün nə demək olduğunun mahiyyətinə varmaq yerinə düşərdi. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, öz inkişaf səviyyəsi və həyat tərzinə görə informasiya cəmiyyətinin şərtlərinə cavab verən yeni nəslin yetişdirilməsi, ilk növbədə, ümumtəhsil sisteminin informatlaşdınlmasından keçir. Artıq respublikamızda informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və ondan istifadə dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bilavasitə təhsillə bağlı olan 21 avqust 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" bu siyasətin əyani göstəricisidir.
 
Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı adi bir iş deyil, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə, bütövlükdə qlobal informasiya məkanına inteqrasiya olunması deməkdir. Məktəblərin İKT ilə təminatının əhəmiyyəti barədə ölkə Prezidenti demişdir: "İndi kompüterləşmə proqramı həyata keçirilir. Bütün məktəblərdə kompüter sinifləri yaradılacaqdır və əminəm ki, təhsil sahəsində ciddi irəliləyiş olacaqdır. Qarşıya belə bir vəzifə qoyulubdur ki, bütün məktəblərdə kompüter sinifləri yaradılsın və uşaqlar bilavasitə internetə çıxış əldə etsinlər, dünyada gedən proseslərlə tanış olsunlar. Azərbaycan dünya birliyinə inteqrasiya siyasətini aparır və dünyada gedən bütün hadisələr, yeniliklər, yaranan yeni texnologiyalar - bunların hamısı internet, kompüter vasitəsilə bizim usaqlarımızın ixtiyarında olmalıdır".
Başlanmış işlərin davam etdirilməsi istiqamətində ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)" hazırlanmış və Prezidentin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Proqramda bütövlükdə təhsilin infrastrukturunun inkişafı və sürətli internetlə təmin olunması; təhsil sisteminin bütün pillələrində İKT-nin inteqrasiyasını temin etmək üçün metodiki, texniki və digər növ xidmətləri göstərmək məqsədilə məlumat və resurs mərkəzləri şəbəkəsinin yaradılması, innovativ və yaradıcı müəllimlər üçün qiymətləndirmə və motivasiya sisteminin təşkili, məktəbəqədər, texniki peşə və orta ixtisas təhsil müəssisələrinin müasir İKT ilə təmin olunması, habelə təhsildə innovasiyalan dəstəkləmək və gücləndirməkdən ötrü "elektron məktəb" pilot layihələrinin həyata keçirilməsi və digər məsələlər nəzərdə tutulmuşdur.
Bircə misal gətirmək istərdik: klassik kitabxana sistemində lazımi ədəbiyyatı tapmaq üçün saatlarla vaxt itirilir, bəzən kitabın axtarışına sərf olunan vaxt onun oxunmasma sərf olunan vaxtdan çox olurdu.
Əminliklə demək olar ki, informasiya texnologiyalarının tətbiqi və inkişafı zaman-zaman bu problemlərin aradan qaldırılmasına səbəb olacaq, hər bir təhsil ocağında tədris prosesi kompüter texnologiyası üzərində qurulacaq, internet-məktəb, məsafədən təhsil günümüzün reallığına çevriləcək, milli təhsil sistemində öz layiqli yerini tutacaqdır. Buna Azərbaycanımızın sürətli iqtisadi inkişafı, gücü və qüdrəti tam imkan verir.
Ölkəmizdə kosmik senayenin inkişafı məqsədi ilə telekommunikasiya peykinin orbitə çıxanlması onu göstərir ki, yaxın gələcəkdə Azərbaycan İKT sahəsində regionun aparıcı dövlətinə çevriləcəkdir. Dövlət başcısı tərəfindən təsdiq edilmiş təhsillə bağlı proqramlar sırasında "Xüsusi istedada malik olan uşaqlann (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006-2010-cu illər)" xüsusi yeri vardır.
İctimai tərəqqinin milli intellektual potensialdan nə dərəcədə səmərəli istifadə olunması ilə üzvi surətdə bağlı olduğunu nəzərə alsaq, məqsədi respublikanın ümumtəhsil məktəblərində mövcud istedad potensialının vaxtında müəyyənləşdirib onun inkişafını təmin etmək üçün xüsusi tedbirlər həyata keçirməkdən, ölkə ictimaiyyətinin diqqətini bu vacib məsələnin həllində yaxından iştiraka yönəltməkdən, istedadlı uşaq və gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarət olan bu proqramın indiki müstəqillik şəraitində hansı əhəmiyyət kesb etdiyini, şübhəsiz ki, təsəvvür etmək çətin deyil. Proqramda istedadlı uşaq və gənclərin aşkara çıxarılmasının optimal yollannm müəyyənləşdirilməsi, respublikanın hər bir bölgəsində istedadlı uşaq və gənclər üçün yeni tipli təhsil müəssisələrinin açılmasına nail olunması, hazırda fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi kimi konkret vəzifələr öz əksini tapmışdır.
İstedadlı uşaq və gənclərin aşkara çıxanlması, onların potensial imkanlannın inkişaf etdirilməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hələ ötən əsrin 70-ci illərindən bu iş diqqət mərkəzində olmuşdur. "Təhsil milhtin gələcəyidir", "Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır, "Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir" deyən ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə respublikamızdan kənarda o zamankı SSRİ-nin qabaqcıl elm, təhsil və mədəniyyət mərkəzlerində təhsil alan azərbaycanlı gənclərin sayı 1247 nəfərə çatdırılmışdı. Söhbət gedən tarixdə təhsil alan şəxslər bu gün Azərbaycan dövlətinin və dövlətçiliyinin yükünü öz çiyinlərində daşıyırlar.
Bu gün ölkələrin inkişaf səviyyəsi təbii resurslar ve istehsaldan daha çox, insan potensialından - elmi, intellektual sərvətlərdən asılıdır. Dünya Bankının apardığı tədqiqatların son nəticələrinə görə, ABŞ-da milli sərvətin 76 faizini insan kapitalı, 19 faizini istehsal, yalnız 5 faizini təbii resurslar təşkil edir. Avropada da təqribən eyni mənzərədir: insan kapitalı 74 faiz, istehsal 24 faiz, təbii resurslar 2 faizdir. Bütün bunlar onu göstərir ki, təhsil cəmiyyətin inkişafının özülüdür. İntellektual potensialın reallaşdırılması, mütəxəssislərin, peşəkar kadrların yetişdirilməsi məhz təhsilden asılıdır. Son illər Azərbaycanda istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək üçün yeni tipli tədris müəssisələri şəbəkəsinin xeyli genişlendirilməsi, lisey və gimnaziyalarda təlimin məzmununun müasir tələblərə uyğunlaşdırılması məqsədi ilə müasir tədris plan və proqramlarının hazırlanaraq tətbiq edilməyə başlanılması bilavasitə möhtərəm Prezidentimizin müvafıq Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlıdır.
Möhtərəm Prezidentimizin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təhsil sahəsində uğurlu sənəddir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikamızda 1600-dən çox yeni məktəb binası və əlavə korpuslar tikilmiş, mövcud məktəblər əsaslı təmir olunmuş, ümumilikdə, 700 mindən çox şagird, yəni bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil aimaq imkanı əldə etmişdir. Hazırda təlim-tərbiyə müəssisələrinin, xüsusilə ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir.
Bakı şəhərinin 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi, yüzlərlə beynəlxalq səviyyəli tədbirlerin paytaxtımızda keçirilməsi, həmçinin VI Beynelxalq Elm Olimpiadasının məhz Bakı şəhərində baş tutması Prezident İlham Əliyevin və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın elmə, təhsilə, mədəniyyətə göstərdiyi sonsuz diqqət və qayğının sayesində mümkün olmuşdur. Fondun fəaliyyət coğrafiyası daha da genişləndirərək, hətta ölkə hüdudlarından kənarda müasir təlim-tərbiyə müəssisələri inşa etməsi, Azərbaycan gerçəklikləri ilə bağlı çoxsaylı tədbir və proqramlar həyata keçirməsi hər bir azərbaycanlıda qürur hissi doğurur.
 
Azərbaycanın təhsil sektorunda həyata kecirilən islahatların esas məqsədi məktıbəqədər, orta ümumtəhsil, orta peşə-ixtisas, ali, ali təhsildən sonrakı təhsil pillələrində toplanmış təcrübədən faydalanaraq, təhsil sistemini tənzimləyən yeni normativ-hüquqi baza yaratmaq, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasətini tənzimləməkdən ibarətdir ki, bu istiqamətdə də işlər uğurla davam etdirilir.
Təhsil sahəsindəki mövcud problemlər bilavasitə təlim prosesi ilə bağlıdır. Odur ki, indi qarşımızda duran başlıca vəzifə daha əzmlə çalışmaqdan, əməli işimizlə Prezidentimizə dəstək olmaqdan ibarətdir.
Bütün digər sahələrlə bərabər, təhsildəki uğurların da təməlində Ulu öndər Heydər Əliyevin uzaqgörən neft strategiyası dayanır. O strategiya ki, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən məharətlə inkişaf etdirilir. Artıq Azərbaycan təkcə qara qızıl akademiyası deyil, həm də təbii qaz yataqlarının kəşf edilib, Avropa və dünya bazarlarına çıxarılmasında həlledici söz sahibidir. Ulu öndər Heydər Əliyevin ideyalarını çağdaş formada və dinamik şəkildə həyata keçirən Prezident İlham Əliyevin daha firəvan gələcəyə hesablanmış hərtərəfli strategiyası, sözsüz ki, ölkəmizi dünyanın öncül və qüdrətli dövlətinə çevirəcəkdir.
 
Rusiya Federasiyası Moskva şəhər Dövlət Universitetinin Hüquqşunaslıq fakultəsinin IV kurs tələbəsi, Rusiya Azərbaycanlı Gənclər təşkilatının (AMOR) və AİDE-nin üzvü Heydər Məmməd oğlu Əliyev                                                                                  
Rusiya Federasiyası Moskva (MQİMO) Dövlət Beynəlxalq Münasibətlər İnsititutunun Beynəlxalq hüquq və Avropa Şurası ixtisasının magistriCavanşir Məmməd oğlu Əliyev
 
Bakı şəhər Prokurorluğunun şöbə prokuroru ədliyyə müşaviri, Azərbaycan Ədəbiyyat Fondunun Şərəf mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Əliyev
 
Haşiyə: Əliyev Məmməd Ağalar oğlu 29 iyun 1964-cü ildə zəhmətkeş ailəsində anadan olub. 1981-ci ildə kənd orta məktəbi bitirmişdir. 1982-1984-cü illərdə SSRİ-i Daxili Qoşun Hissələrində hərbi xidmət keçib. 22.02.1984-cü il tarixdən 11.10.1984-cü il tarixədək 250 dəfə qüsursuz hərbi silahlı döyüş tapşırığı yerinə yetirdiyinə görə SSRİ Daxili Qoşun Komandanlığı tərəfindən iki dəfə fəxri fərmanla təltif olunub. 1984-cü ildə ordu sıralarında Sovet İttifaqı Kommunist Partiyasının sıralarına namizədliyə qəbul olunub, 1986-cı ilin sentyabr ayında tələbə olarkən Bakı Şəhəri sabiq Oktyabr rayon Partiya komitəsinin bürosunda partiya sıralarına qəbul olunub (No 22799758) saylı partiya bileti alıb.
 
1990-cı ilin məlum yanvar hadisələrində Sovet ordusu tərəfindən xalqımıza qarşı törədilmiş amansız qətliyamlara etiraz olaraq rəsmi müraciəti əsasında partiya sıralarından imtina etmişdir...
 
Azərbaycan Respublikasında (1985-1990-cı illər) mühəndis, Rusiya Federasiyasında (1993-1999-cu illər) hüquqşünas olaraq iki ali təhsil almışdır. Əmək fəaliyyətinə Dövlət Neft Şirkətində başlamışdır. Uzun müddət müxtəlif idarəetmə orqanlarında, 14.11.2000-ci ilə kimi ARDNŞ-də 10 dərəcə ali hüquqşünas vəzifəsində işləmişdir. Həmin tarixdə 36 yaşında möhtərəm Prezidentimiz cənab ilham Əliyevin 24.10.2000-ci il tarixli  No İ.Ə-34 saylı "Zəmanət məktubu" əsasında ARDNŞ-nin 10-cu dərəcəli hüquqşünas vəzifəsindən müstəsna halda birbaşa Baş Prokurorluğun mərkəzi aparatında şöbə prokuroru vəzifəsinə təyin edilmişdir. Ədliyyə müşaviridir. 
 
Məmməd Əliyev dövlətimizin ən ali mükafatı olan Heydər Əliyev ordenli xalq yazıçısı Anarın sədrlik etdiyi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Konstitusiya Günü münasibətilə Azərbaycan Ədəbiyyat Fondunun "Şərəf mükafatçısıdır. Namizədlik dissertasiyasını bitirmişdir. Dövrü mətbuatda çap olunan bir çox elmi məqalələrin müəllifidir. Ailəlidir, üç oğul atasıdır.
 
Məmməd Əliyev Ulu Öndərimiz Heydər Əliyevə sonsuz sədaqətini göstərərək, hələ ümummilli lider ikinci dəfə siyasi hakimiyyətə qayıtmazdan öncə - onun hələ Naxçıvan Muxtar Respublikasında olduğu 24.02.1993-cü il tarixdə, yeni doğulan övladına Heydər adını verməklə, dövlətimizə etdiyi xidmətlərin ən müqəddəsini yerinə yetirdiyi qənaətindədir. 
 
O dövrdə Heydər Əliyevin sevdiyi dərgi olan "Səs" qəzetinin 12 may 1993-cü il tarixli 24 (107) sayında böyük cəsarət göstərərək Ulu Öndərin 70 illik yubileyi ilə bağlı "Hər iki Heydər yüz yaşasın" adlı məqalə ilə çıxış etmişdir.
 
Oğlu Heydər Məmməd oğlu Əliyev 2012-ci ilin avqust ayında Rusiya Federasiyası Rastov şəhərındə Rusiya Gənclər İttifaqının SNQ dövlətlərı üzrə təşkil etdiyi XXI əsrin Liderlərı tədbirində aktiv iştirak edərək I dərəcəli diploma laiq görülmüş, hazırda Moskva səhərı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin tələbəsidir.
 
Oğlu Cavanşir Məmməd oğlu Əliyev BDU-nun hüquq fakültəsinin rus bölməsini müvəffəqiyyətlə bitirib. O, Moskva (MQİMO) Dövlət Beynəlxalq Münasibətlər İnsititutunun Beynəlxalq hüquq və Avropa Şurası ixtisasının magistr pilləsi üzrə əyani təhsil alır.
 
Oğlu Ağalar Məmməd oğlu Əliyev yaxşı oxumağı ilə yanaşı, Rus təmayüllü litseyin X sinfində təhsil alır. O, Braziliya Ciu-Citsu döyüş növü üzrə (2012) Qarabağ İdman kulubunun ənənəvi III açıq birinciliyi çempionatında 16-yaş qrupunda 56 çəki dərəcəsində III yer tutduğuna görə diplomla təltif olunub.
 
Məmməd Əliyev 10 may 2013 cu ildə Miniatür kitab muzeyinin qurucusu və rəhbəri Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın təqdimatı əsasında Ulu Öndərimiz Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə üzərində Heydər Əliyevin əksi həkk olunmuş qızıl nişanə ilə mükafatlandırılmışdır.

 


07:40 17.01.2015