KANAL24 ONLINE TV
Az Iw En Ru

Tramp: "ABŞ-a qarşı Rusiyadan başqa digər ölkələr də kiberhücumlar törədir"

"ABŞ-a qarşı Rusiyadan başqa digər ölkələr də kiberhücumlar törədir".

Bunu Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Donald Tramp bəyan edib.
 
"Düşünürəm ki, son hücumlar Rusiya tərəfindən həyata keçirilib. Lakin ABŞ-a qarşı digər ölkələr və şəxslər də kiberhücumlar törədir", deyə D.Tramp bildirib.
 
O həmçinin qeyd edib ki, Rusiya tərəfi ilə münasibətlərin yaxşılaşdırılmasını müsbət amil kimi qiymətləndirir: "Misal üçün, Rusiya bizə İŞİD-lə mübarizədə kömək edə bilər. Əgər Putinin Trampdan xoşu gəlirsə, bu nöqsan yox, üstünlükdür. Ümid edirəm ki, biz dost olacağıq, buna şanslarımız az deyil".


21:50 11.01.2017