KANAL24 ONLINE TV
Az Iw En Ru

"Türkiyənin terrorla mübarizəsində məqsəd sərhədlərini qorumaqdır"

Türkiyənin terrorizmlə mübarizəsi öz sərhədlərini qorumaq və ölkə ərazisində təhlükəsizliyi təmin etmək məqsədindən irəli gəlir.

Anadolu agentliyi xəbər verir ki, bunu Avropa Birliyi ilə İşlər üzrə nazir Ömər Çelik deyib.

Nazir qeyd edib ki, Türkiyə terrorla Suriya və İraqla sərhədlərində mübarizə aparır:

"Eyni zamanda bu mübarizə Avropa və NATO-nun da sərhədlərinin təhlükəsizliyinin qorunmasına yönəlib".


21:06 11.01.2017