KANAL24 ONLINE TV

Dostdan acı HƏQİQƏT:“Rusiya təhlükə təqdim edir”

Rusiya beynəlxalq arenada ABŞ-ın maraqlarına etinasız yanaşır.

“Reuters” agentliyi xəbər verir ki, bunu ABŞ dövlət katibi postuna namizəd Reks Tillerson Senatda keçirilən dinləmələrdə deyib.

Onun sözlərinə görə, beynəlxalq arenada öz rolunun gücləndirilməsinə çalışan Rusiya ABŞ-ın maraqlarını diqqətə almır.

“Rusiya təhlükəni təqdim edir. Amma onun şəxsi maraqlarını müdafiə etməsi gözlənilməz deyil. Rusiyanın ambisiyaları haqqında onun açıq və dürüst dialoq lazımdır”, - deyə dövlət katibi postuna namizəd bildirib.


20:36 11.01.2017