KANAL24 ONLINE TV
Az Iw En Ru

Razılıq əldə olundu.

Cenevrədə Kiprlə bağlı aparılan danışıqlarda bir sıra məsələlərlə bağlı razılıq əldə olunub.

"Anadolu" agentliyi xəbər verir ki, bu barədə BMT-nin Kipr üzrə xüsusi müşaviri Bart Eyde məlumat verib.

Onun sözlərinə görə, bugünkü danışıqlarda Kipr icmasının rəhbəri BMT-yə yol xəritəsi təqdim edib. Amma sənədin detalları ictimaiyyətə açıqlanmır.

Bu konfransı tarixi hadisə adlandıran BMT rəsmisi qeyd edib ki, danışıqlar sabah Türkiyə, Yunanıstan və Böyük Britaniya XİN-in iştirakı ilə davam edəcək.


20:22 11.01.2017