KANAL24 ONLINE TV
Az Iw En Ru

Zaminə buraxılan şəxs altı nəfəri güllələdi

İranın Ərak şəhərində qətldə şübhəli bilinən və zaminə buraxılan şəxs onun həbsi ilə əlaqəli olan altı nəfəri öldürüb.

 BBC-nin verdiyi məlumata görə, qatil əvvəlcə onu həbs edən polisin evinə gələrək hüquq-mühafizə orqanının işçisini, həmçinin onun anasını, bacısını və qardaşını güllələyib.

Sonra o qətlində ittiham edildiyi şəxsin evinə gələrək mərhumun valideynlərini öldürüb.

Hazırda polis cinayətkarı axtarır.  


20:11 11.01.2017