KANAL24 ONLINE TV

"Real"ın futbolçusu mükafatı rekord nəticə ilə aldı

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç Xorvatiyada "2016-cı ilin futbolçusu" seçilib.

 31 yaşlı havbek karyerasında 5-ci dəfə analoji uğura nail olub.

"Mükafatı ilk dəfə 2007-ci ildə alanda bilməzdim ki, daha 5 dəfə bunu qazanacam", - Modriç deyib.

Qeyd edək ki, Xorvatiyada ilin ən yaxşı futbolçusunu sabiq futbolçulardan ibarət münsiflər heyəti seçir. Modric onlardan 100 bal alıb. Bu, mükafatın 45 illik tarixində rekord göstəricidir. 2004-cü ildə Dado Prşo da bu qədər bal toplamışdı.


19:52 11.01.2017