KANAL24 ONLINE TV

UEFA yaxından tanıdığımız o klubu avrokuboklardan KƏNARLAŞDIRDI

UEFA Serbiyanın "Partizan" klubunu avrokuboklardan kənarlaşdırıb.

Buna səbəb Belqrad təmsilçisinin maliyyə "fair-play"ini pozmasıdır.

Komanda 3 il müddətinə Çempionlar Liqası və Avropa Liqasında iştirak hüququndan məhrum edilib. Üstəlik, işin araşdırılmasına çəkilən 3 min avro da klub tərəfindən ödəniləcək.

"Partizan" Avropa futbol qurumunun qərarı ilə razılaşmayıb və İdman Arbitraj Məhkəməsinə müraciət etməyə hazırlaşır.

Qeyd edək ki, bu klub Azərbaycan azarkeşlərinə yaxından tanışdır. Belə ki, "Partizan" Avropa Liqasının 2012/2013 mövsümündə Bakının "Neftçi" klubu ilə eyni qrupda mübarizə aparıb. Bakıdakı görüş 1:1, Belqraddakı qarşılaşma isə 0:0 hesablı heç-heçə ilə nəticələnib. Üstəlik, komandalar 2014/2015 mövsümündə pley-off mərhələsində də üz-üzə gəlib. Serbiya təmsilçisi iki oyunun nəticəsinə əsasən (3:2; 2:1) mərhələ adlayan tərəf olub.


18:54 11.01.2017