KANAL24 ONLINE TV

"Neftçi"nin Antalyada ikinci sınağı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama görüşünə çıxacaq.

Paytaxt təmsilçisi Özbəkistan klubu "Nasaf"la üz-üzə gələcək.

Bu komandalar arasında oyun "Bellis Deluxe" otelinin meydançasında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" hazırlıq çərçivəsində yanvarın 8-də keçirdiyi ilk yoxlama oyununda Türkiyənin "Sivasspor" klubu (0:0) ilə qarşılaşıb.
 
 
Yoxlama görüşü
11 yanvar
18:00. "Neftçi" - "Nasaf" (Özbəkistan)


15:03 11.01.2017