KANAL24.AZ
Az Iw En Ru

Qəbiristanlıqdan silah-sursat tapıldı

Nardaran qəbiristanlığından silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 42-ci Polis bölməsi və Daxili Qoşunlar Baş İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisindəki qəbiristanlıqdan torpağa basdırılmış kisədə "AKMS" markalı silah, 1 ədəd patron darağı, lüləsi və qundağı kəsilmiş 2 ədəd "İJ-16" markalı tüfənglər, 1 ədəd "F-1" qumbarası və 274 ədəd müxtəlif çaplı patron tapılıb.(publika.az)


21:25 11.01.2017
Xəbər lenti
Bütün xəbərlər