KANAL24 ONLINE TV

Azərbaycan çempionu uğursuzluğa son qoya biləcəkmi?

Qadın voleybolçular arasında Çempionlar Liqasında II turun oyunları davam edir.

İlk turda "Dabrova Qornitsa"nı (Polşa) məğlub edən "Azərreyl" bu dəfə Türkiyədə "Fənərbağça"nın qonağı olacaq.

İstanbulda keçiriləcək oyun Azərbaycan çempionu üçün heç də asan alınmayacaq. Çünki son illərdə klublarımızın kabusuna çevrilən "Fənərbağça"nın doğma divarlar arasında büdrəyəcəyi inandırıcı görünmür.
 
Lakin Super Liqadakı fasilə Famil Ağayevin yetirmələrinin xeyrinə işləyə bilər. "Fənərbağça"dan fərqli, qrup liderliyi baxımından da önəmli olan oyuna istədiyi kimi hazırlaşan Bakı təmsilçisi səfərə də qələbə arzusu ilə yollanıb. Onlar bu istəklərini həyata keçirərlərsə, "sarı-lacivərdli" uğursuzluq seriyasına da son qoyacaqlar. 
 
Çempionlar Liqası
C qrupu
II tur
20:00. "Fənərbağça" (Türkiyə) - "Azərreyl" (Azərbaycan)

Hakimlər: İvaylo İvanov (Bolqarıstan), Simone Santi (İtaliya)
İstanbul. Burhan Felek Voleybol Salonu


13:44 11.01.2017