KANAL24 ONLINE TV
Az Iw En Ru

“Stratfor”: “Rusiya Bordyujanın postunu Ermənistana söz verib”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ciddi ziddiyyətlər var və məhz buna görə təşkilatın yeni Baş katibi dekabrın 26-da Sankt-Peterburqda keçirilən iclasda da seçilmədi”.

Bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi adlandırılan "Stratfor" analitik agentliyi yazır.Agentliyin fikrincə, Moskva bu postda Ermənistan nümayəndəsinin olacağına söz versə də, Belarus və Qazaxıstan Azərbaycanla iqtisadi münasibətlərini şübhə altına almamaq üçün bu addıma getmir.“Məlumata görə, Rusiya Bordyujanın postunu Ermənistana söz verib. Bu addım aprel döyüşləri zamanı neytral mövqe tutmasına baxmayaraq Moskvanın Ermənistanı dəstəklədiyini göstərir. Lakin Belarus və Qazaxıstan erməni namizədə qarşı çıxır”.

"Stratfor"un fikrincə, yeni Baş katibin seçilməsi ciddi müzakirələr və mübahisələr şəraitində aparılacaq və Dağlıq Qarabağ münaqişəsi məsələyə ciddi təsir göstərəcək.Hazırda KTMT-ın Baş katibi postunu müvəqqəti olaraq Valeri Semerikov tutur.


13:37 11.01.2017