KANAL24 ONLINE TV
Az Iw En Ru

Evlərin və torpaqların qeydiyyatında yenilik – ƏMLAK KALKULYATORU

Vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala biləcəklər.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən xəbərə görə, bunun üçün “Əmlakın qeydiyyatı Kalkulyatoru” yaradılıb.

Yenilik qeydiyyat xidmətlərində şəffaflığın və maarifləndirmənin daha da artırılması və rahatlığın maksimum təmin edilməsi məqsədi daşıyır.  

Qeyd edək ki, sabah "Əmlak Kalkulyatoru"nun ictimaiyyətə təqdim ediləcək.


13:20 11.01.2017