KANAL24.AZ
Az Iw En Ru

Xalça Muzeyində zərgərlik mövzusunda regional seminar keçiriləcək

Bu ilin 25-27 yanvar tarixlərində İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyi, İCOM Gürcüstan Milli Komitəsi və P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Mahaçqala, Rusiya) birgə təşkilatçılığı ilə “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçiriləcək.

Seminarda Azərbaycan, Gürcüstan və Rusiyadan zərgərlik kolleksiyaların kuratorları, zərgərlər, zərgərlik üzrə dizaynerlər, qiymətli metal və daşlar üzrə rəssamlar, müasir zərgərlik brendlərinin nümayəndələri, bərpaçılar, konservatorlar, muzeyin təhlükəsizlik xidməti nümayəndələri və marketinq menecerləri iştirak edəcəklər.

İştirakçılar seminar ərzində Azərbaycan Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyinin zərgərlik fondlarını, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzini, “Rəsm” milli zərgərlik brendinin mağazasını ziyarət edəcəklər.

Seminarda zərgərlik nümunələrinin muzey fondlarında saxlanılması və təhlükəsizliyi, xərgərlik nümunələrinin bərpa və konservasiyası, zərgərlik kolleksiyaları üzrə kuratorluq işi kimi məsələlər müzakirə olunacaq.


19:40 11.01.2017