KANAL24 ONLINE TV
Az Iw En Ru

Azərbaycanda qanında bədxassəli xəstəlik olan xəstələrin sayı açıqlanıb - YENİLƏNİB

Hazırda Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır.

Bunu Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Transfiziologiya və Hemotalogiya İnstitutunun ötən ilki yekunlarına həsr olunmuş tədbirində deyib.

Onun sözlərinə görə, dünyada bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10 faizini məhz qanın bədxassəli xəstəlikləri təşkil edir: "Uşaq və gənc yaşlarında qanın bədxassəli şişlərindən ölüm hallarının 50 faizə yaxın olması diqqəti cəlb edir. Narahatedici amillərdən biri də odur ki, 15 yaşa qədər olan uşaqlar arasında qanın bədxassəli xəstəlikləri ölümün əsas səbəblərindən biridir".

Qanın bədxassəli xəstəliklərinin müasir təbabətin ən aktual problemlərindən biri olduğunu deyən Ç.Əsədov qeyd edib ki, son illər ölkədə qanın bədxassəli xəstəliklərinin diaqnostikası və müalicəsində xeyli irəliləyişlərə nail olunub. Onun sözlərinə görə, müasir diaqnostikanın əsasını təşkil edən leykemik hüceyrələrin immunofenotipik, sitogenetik və molekulyar-genetik müayinə üsullarının təcrübəyə tətbiqi, həmin xəstəliklər zamanı hədəf müalicəsinin aparılmasına imkan yaradır:

"Son zamanlar qazanılan nailiyyətlər əvvəllər mütləq ölümlə nəticələnən xəstəliklər kimi qiymətləndirilən qanın bədxassəli xəstəliklərinə olan münasibəti tamamilə dəyişərək onları sağalması mümkün olan xəstəliklərə aid etməyə imkan verir".

------------

 

Ötən il Azərbaycanda 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar olunub. Onlardan 327 nəfərdə kəskin leykoz müəyyən edilib.

Bunu Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Transfuziologiya və Hematologiya İnstitutunun ötənilki yekunlarına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, keçən il İnstituta müraciət edən vətəndaşların sayı 12 628 nəfər olub. İlkin müraciətlərin sayı 4 519 nəfər (2015-ci ildə 4 306) təşkil edib.

C.Əsədov bildirib ki, hazırda müəssisədə 27 523 xəstə (2015-ci ildə 23 962) dispanser qeydiyyatdadır.

Həmçinin ötən il nikahqabağı müayinədən 143 694 nəfər keçib. Onlardan 4649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis və 109 nəfərdə QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 42 olub.


12:37 11.01.2017