KANAL24 ONLINE TV

Qəddafinin milyonlar xərclədiyi Hollivud ulduzları

2011-ci ildə xalq tərəfindən linç edilən sabiq Liviya lideri Muəmmar Qəddafinin ölümü, ümumiyyətlə, həyatı ilə bağlı gizli bilgilər bu gün də üzə çıxmaqdadır. 
Gənclərdən ibarət üsyançı  dəstələri  Qəddafi tərəfdarlarının üzərinə həvəskarların yaratdığı bir musiqini qrupunun müşahidəsi ilə gedirmişlər. Üsyanın ilk günündən son gününə qədər “Music Master” adlanan həvəskar musiqi qrupu Qəddafi rejimini pisləyərək, üsyançıları bir növ ona qarşı mübarizəyə səsləndiriblər. Qrup 2010-cu ildə Məhəmməd mədəni və Milad Faravay tərəfindən yaradılıb. Maraqlı məqam ondan ibarətdir ki, Liviyanın paytaxtı Benqazidə az qala bütün gənclərin üsyana qoşulduğu təqdirdə, bu iki həvəskar musiqiçinin kiçik bir otağa sığınaraq yalnız ifa ilə məşğul olmaları ətrafın qəzəbinə səbəb olub. Lakin üsyan bitdikdən sonra ön cəbhədə döyüşən gənclər onların hazırladığı musiqilərin nə dərəcədə böyük təsiri olduğunu etiraf ediblər. Üsyançı dəstələrdən birinin üzvləri üsyan bitdikdən sonra xarici mediaya verdiklərini müsahibələrində qrupunun “Youth is revalotion”  mahnısının müəllifi olan 20 yaşlı Faraveyi o zaman Qəddafinin ən böyük düşmənlərindən biri olduğunu deyiblər. 
 
Beyons
beyonce ile ilgili görsel sonucu
 
İkinci fakt isə Qəddafinin oğlanları ilə bağlıdır. Onun tanınmış model və müğənnilərə pul xərcləməklə ad çıxaran böyük oğlu Seyfülislamın Beyons, Maria Kare, Nelli Furtadoya bir neçə saatlıq çıxışlarına görə bir milyon dollar ödəyib. Məlum hadisələrdən sonra, ilk olaraq, Beyons həmin puldan imtina edərək, kimsəsizlər evinə bağışlayıb.

12:16 11.01.2017