KANAL24 ONLINE TV

Özünü binadan atan qız xəstəxanada öldü

Bakıda 17 gün əvvəl intihara cəhd edən qız xəstəxanada ölüb.

Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, ötən il dekabrın 25-də Yeni Günəşli qəsəbə sakini, 1990-cı il təvəllüdlü Nərminə Firuddin qızı Paşayeva yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb.
 
Xəstəxanaya yerləşdirilən N Paşayeva ötən gün orada dünyasını dəyişib.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 


11:02 11.01.2017