KANAL24 ONLINE TV
Az Iw En Ru

Hər gün duş qəbul etməyin TƏHLÜKƏSi

Son zamanlar dermatoloqlar dəri xəstəliklərinin artmasını müşahidə edir. Alimlərin fikrinə görə, bunun əsas səbəbi insanların hər gün və hətta gündə bir neçə dəfə duş qəbul etməsidir.

Həkimlər xüsusilə vurğulayır ki, təhlükə əsasən suda deyil, duş qəbulu zamanı tərkibində triklozan və s. bu kimi maddələr olan aqressiv yuyucu vasitələrdən istifadəsidir.

Bu maddələrin tez-tez təsiri dərinin quruluğuna və susuzlaşmasına səbəb olur, faydalı mikrobları məhv edir, yerli immuniteti zəiflədir. Məhv olmuş xeyirli mikrofloranın yerini tez bir zamanda zərərli mikroblar tutur ki, nəticədə insanda müxtəlif dəri xəstəliklərinin inkişafı riski kəskin yüksəlir.

Rusiyanın "Zdorovye" jurnalı xəbər verir ki, alimlər duş qəbul etdikdə hər gün yuyucu vasitələrdən istifadə etməməyi tövsiyə edirlər. Həmçinin pediatrlar uşaqlara baxım zamanı tərkibində triklozan maddəsi olan yuyucu vasitələrindən imtina etməyə çağırırlar.


10:20 11.01.2017