KANAL24 ONLINE TV

Tarixdə bu gün

1920-ci il. Paris Sülh Konfransının Ali Şurasında Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstanın müstəqillik ərinin de-fakto tanınması haqqında qərar yekdilliklə qəbul olunub. Bu uğur Paris sülh konfransında iştirak edən Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin səkkiz aylıq gərgin və səmərəli diplomatik fəaliyyəti nəticəsində qazanılıb.

1569-cu il. Tarixdə ilk dəfə olaraq İngiltərədə, Müqəddəs Pavel kilsəsində lotereya oynanılıb. İlk lotereyanın uduş fondu 5 min (hazırkı kursla 850 min) funt sterlinq dəyərində idi.

1759-cu il. Pensilvaniya ştatının paytaxtı Filadelfiyada ABŞ-ın ilk həyat sığortası şirkəti yaradılıb.

1935-ci il. Amerikalı Amelia Earhart birnəfərlik təyyarə ilə Sakit okean üzərindən uçuş həyata keçirən ilk qadın təyyarəçi kimi tarixə düşüb. O, Havay adalarından Kaliforniyayadək uçuş keçirib.


09:32 11.01.2017