KANAL24 ONLINE TV

"Milan"ın yeni transferi

“Milan” heyətini yeni qapıçıyla gücləndirib.

“Rossonyerlər” “Kalyari”nin qapıçısı Marko Storarini heyətinə cəlb edib. Bu barədə məlumatı “Qırmızı-qaralar”ın saytı yayıb. Müqaviləyə əsasən, 40 yaşlı qapıçı mövsümün sonuna kimi komandanın şərəfini qoruyacaq. “Milan” onun əvəzində “Kalyari”yə qapıçısı Qabrieli göndərib.

Bu, Storarinin “Milan”da ilk çıxışı olmayacaq. Veteran qapıçı 2007-2010-cu illər aralığında da “Qırmızı-qaralar”ın şərəfini qoruyub.


09:12 11.01.2017