KANAL24 ONLINE TV
Az Iw En Ru

Qadınlar üçün yeni imkan – BİZNES İNKUBATORLAR

Qadın sahibkarlığına dəstək məqsədilə xüsusi qadın biznes inkubatorlarının yaradılması nəzərdən keçiriləcək.

Biznesmedia.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Sənəddə qeyd olunur ki, inkubatorların yaradılması və inkişafı qadınların sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması baxımından əhəmiyyətli olacaq, qadın sahibkarlığı sahəsinə investisiyaların cəlb olunması və maliyyələşmə üçün əlavə imkanlar yaradacaq.


08:45 11.01.2017