KANAL24 ONLINE TV

Mərkəzi Bank müstəqil şəkildə saxta veb-saytları bağlaya biləcək

Biznesmedia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Bankı internet şəbəkəsi Milli Domen Koordinasiya Mərkəzilə (MDKM) razılaşmaya əsasən saxta və fişinq veb-saytlarını bağlamaq hüququ əldə edib. Belə veb-saytların bağlanılması ilə bir başa MDKM-nin mütəxəssisləri məşğul olacaqlar.

Gözlənilir ki, Rusiya Mərkəzi Bankının bu təşkilata müraciəti və saxta veb-saytın bağlanması arasında cəmi 1 gün vaxt keçəcək. Növbəti 3 ili əhatə edən razılaşma tərəflərarası 2016-cı ilin sonunda imzalanıb. Qeyd edilir ki, bu və ya digər veb-saytın fəaliyyətinə xitam verilməsi ancaq Rusiya domen məkanında keçərlidir. Məsələ ilə bağlı mütəxəssislər isə deyir ki, fişinq saytlarının əksəriyyəti runetdən kənarda yerləşir.

Daha öncə mətbuata verdiyi açıqlamasında MDKM-in direktoru Andrey Vorobyov fişinq veb-saytlarını internet maliyyə sisteminin “xərçəngi” adlandırıb.


08:40 11.01.2017