KANAL24 ONLINE TV

"Qarabağ"a yeni futbolçu qoşuldu

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

Goal.az klub saytına istinadən xəbər verir ki, bu gün komandamızın heyətinə yeni futbolçu qoşulub. Rusiyanın "Amkar" (Perm) komandasının yetirməsi olan Rinat Hüseynov baxışa dəvət edilib. Yoxlama oyunlarında sınanıldıqdan sonra məşqçilər heyətinin rəyinə əsasən futbolçu haqda son qərar veriləcək. 20 yaşlı futbolçu mərkəz müdafiəçisidir. 189 sm boya malikdir.

Hüseynov bu mövsüm "Amkar"ın gənclər komandasında 16 oyuna çıxıb və 2 qolla yadda qalıb.

Qeyd edək ki, Rinat Hüseynov 21 yaşlılardan ibarət milli komandamızın da üzvüdür.


00:42 11.01.2017